DÜNYA

ABŞ Almaniyaya qarşı "iqtisadi müharibə"yə başladı
04 OKTYABR
580

ABŞ Almaniyaya qarşı "iqtisadi müharibə"yə başladı

2016-10-04 12:52:00

ABŞ hökumətinin "Deutsche Bank" və "Volkswagen" şirkətinə qarşı atdığı addım "iqtisadi müharibə"dir.

Fins.az xəbər verir ki, bunu Almaniya Bundestaqının iqtisadiyyat və energetika komitəsinin sədri (sabiq nəqliyyat və tikinti naziri) Peter Ramzauer "Die Welt" nəşrinə açıqlamasında bildirib.

P. Ramzauer iki ölkə arasında münasibətlərin gələcəkdə daha da gərginləşməsindən narahatlığını ifadə edib: "ABŞ onun iqtisadi maraqlarına toxunanlara qarşı hücum çəkməyə adət edib. "Deutsche Bank"a qarşı atılan addımlar bunu bariz nümunəsidir. Lakin təzminatın məbləği olduqca böyükdür". 

Xristian-Sosialist İttifaqı partiyasından millət vəkili olan Markus Ferber isə bildirib ki, ABŞ vergidən yayınmaqda ittiham olunan "Apple" korporasiyasını 13 mlrd. avro məbləğində cərimələyən Avropa Komissiyasından qisas alır: "ABŞ-ın Ədliyyə Nazirliyinin "Deutsche Bank"a qarşı ittihamını məhz bununla izah etmək olar".

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272