DÜNYA

Funt rekord həddə ucuzlaşıb – 3 İLİN MİNİMUMU
03 OKTYABR
747

Funt rekord həddə ucuzlaşıb – 3 İLİN MİNİMUMU

2016-10-03 19:37:00

Maliyyə bazarlarında İngiltərə funt-starlinqinin məzənnəsi sürətlə azalmaqdadır. Fins.az-ın məlumatına görə, bu Britaniyanın Baş naziri Tereza Mey “Brexit” danışıqlarının başlayacağı tarixi açıqladıqdan sonra baş verib. Baş nazir 2017 –ci ilin mart ayının sonuna qədər danışıqların başlayacağını bəyan edib. Beləliklə, Birləşmiş Krallıq 2019-cu ilin ortalarınadək Avropa İttifaqını tam tərk edəcək. Bu xəbərin fonunda funt-sterlinq avro qarşısında son üç ilin ən aşağı səviyyəsinə düşüb. Hazırda birjalarda 1 funt-sterlinq 1,1518 avrodur.
Funt sterlinq dollar qarşısında da dəyərini itirib. Nəticədə hazırda 1 funt-sterlinq 1,2828 dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275