DÜNYA

Səudiyyə Ərəbistanı qənaətə görə təqvimi də dəyişir
03 OKTYABR
1006

Səudiyyə Ərəbistanı qənaətə görə təqvimi də dəyişir

2016-10-03 19:09:00

 

Neftin ucuzlaşması və gəlirlərin azalması nəticəsində qənaətə məcbur olan Səudiyyə Ərəbistanı hökuməti növbəti addıma əl atıb. Bu ilin oktyabr ayından etibarən dövlət qulluqçularının əmək haqqını müsəlman ay təqviminə görə yox, Qriqori təqviminə əsasən verəcək. Fins.az bildirir ki, bu addım iş günlərinin sayının artırılması və xərclərin azaldılması məqsədilə atılıb.

Bu qərar nəticəsində dövlət işçiləri əvvəlki maaşla ildə təqribən 11 gün artıq işləyəcəklər. Belə ki, müsəlman ay təqvimində il 354, bütün dünyada istifadə olunan Qriqori təqvimində isə 365-366 gündür. Əmək haqqının Qriqori təqvimi üzrə verilməsi Krallıqda dövlət və özəl sektorda çalışan işçiləri bərabərləşdirəcək.

Qeyd edək ki, bu, qənaət etməyə çalışan Səudiyyə Ərəbistanının ilk addımı deyil. Xatırladaq ki, son vaxtlara qədər dövlət subsidiyaları verildiyinə görə, ölkədəki əsas mal və xidmətlər, o cümlədən benzin, elektrik enerjisi və suya görə qiymətlər ən aşağı həddə idi. Amma neftin qiymətinin düşməsi nəticəsində dövlət büdcəsi bu xərclərin öhdəsindən gələ bilmir.

Nəticədə iqtisadiyyatın qeyri-neft sektoruna yönəlik yenidən qurulması və qeyri-populyar tədbirlər başlanıb. Bu ilin əvvəlində Səudiyyə kralı Salman ibn Əbdul-Əziz Əl Səudun göstərişi ilə büdcədə neftin qiyməti 29 dollardan götürülüb.

Neftdən asılılığı aradan qaldırmağa hesablanan islahatlarda büdcə xərclərinin azaldılması, vergilərin artırılması, su, enerji və kommunal tariflərin artırılması ilə müşayiət olunur. Apreldə hökumət neftdən azaldılması planını təntənəli surətdə təqdim edib. Bu addımlardan biri ölkənin əsas neft şirkəti sayılan «Saudi Aramco»nun səhmlərinin publik yerləşdirilməsi, yəni satışa çıxarılması olub. Eləcə də, hökuiət 2 trilyon dollarlıq milli rifah fondu yaradıb.

Amma paralel olaraq əhalinin maaşlarının və digər ödənişlərinin azaldılması prosesi də gedir. Sentyabr ayında krallıqda dövlət qulluqçularının maaşları 20%, məşvərət şurasının üzvlərinin maaşları isə 15% azaldılıb. Səudiyyə hərbçilərinin mükafatları da ləğv edilib, məzuniyyətləri isə qısaldılıb. Buq ayda yalnız Yəməndə döyüşən əsgərlərə şamil edilməyib.

Bundan başqa, gəlirləri artırmaq üçün Səudiyyə Ərəbistanına gələn xaricilər üçün viza xərcləri artırılıb. Qeyd edək ki, müsəlmanların müqəddəs yerlərini ziyarət etmək üçün hər il bu ölkəyə milyonlarla insan gəlir. DƏyişikliklər nəticəsində ölkəyə birdəfəlik viza 2 min rial və ya 540 dollar olacaq. Yalnız Həcc ziyarətinə ilk dəfə gələnlər bu ödənişdən azaddır. 6 aylıq çoxdəfəlik viza 3 min rial və ya 810 dollara, illik viza 1350 dollara, iki illik viza isə 2160 dollara qaldırılıb.

Səudiyyə Ərəbistanında daimi yaşayan xarici fəhlə və mütəxəssislər də ölkəni müvəqqəti tərk etmək üçün ödəniş etməli olacaqlar. Belə ki, ölkəni iki aylıq müddətə tərk etmək istəyənlər 200 rial və ya 54 dollar ödəyəcəklər, əlavə hər aya görə 27 dollar ödəniləcək.

Nəhayət, büdcəni doldurmaq üçün əlavə gəlir mənbələrindən biri yol hərəkəti pozuntularına görə cərimələrin artırılmasıdır. Belə ki, dəyişikliklərdən sonra, ilk təhlükəli pozuntuya görə, cərimə 20 min rial və ya 5400 dollar, ikinci dəfə pozuntuya görə, 40 min rial və ya 10800 dollar nəzərdə tutulur. Sürücü 3-cü dəfə təhlükəli pozuntuya yol versə, 60 min rial və ya 16200 dollar cərimə ediləcə və üstəlik maşını müsadirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275