DÜNYA

"Brexit" prosesi martın sonunadək başlayacaq
03 OKTYABR
150

"Brexit" prosesi martın sonunadək başlayacaq

2016-10-03 15:48:00

Böyük Britaniyanın baş naziri: "Məqsəd Lissabon müqaviləsinin 50-ci maddəsinin tətbiq edilərək, BB xalqı və Aİ ilə əlaqələrin gələcəyi üçün yaxşı bir razılaşmanın əldə edilməsidir"
Böyük Britaniyanın (BB) baş naziri Tereza Mey BB-nin Avropa İttifaqından (Aİ) çıxma prosesinin ("Brexit") martın sonunadək rəsmi olaraq başlayacağını açıqlayıb. Sputnik BBC-yə istinadla xəbər verir ki, Mey açıqlamasında məqsədin Lissabon müqaviləsinin 50-ci maddəsinin tətbiq edilərək, BB xalqı və Aİ ilə əlaqələrin gələcəyi üçün yaxşı bir razılaşmanın əldə edilməsi olduğunu söyləyib.

Lissabon Sazişi üzv ölkələrin birlikdən çıxışını tənzimləyir. Müzakirələrin iki il içində tamamlanması nəzərdə tutulur. Bu vəziyyətdə BB-nin 2019-cu ilin martın sonunda Aİ-dən rəsmən çıxa biləcəyi deyilir. BB-nin Aİ-dən çıxmasının lazım olduğunu müdafiə edənlər 50-ci maddənin tez bir zamanda tətbiq edilməsinin istəyirdi. Avropa İttifaqı rəsmiləri də BB-dən tez bir zamanda müzakirələrə başlamasını istəmişdi. Xatırladaq ki, BB-də 23 iyunda keçirilən referendumda Aİ-dən çıxma qərarı olmuşdu.

Mənbə: Sputnik.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270