DÜNYA

İran neft hasilatını dondurmayacaq
29 SENTYABR
189

İran neft hasilatını dondurmayacaq

2016-09-29 09:00:00

İran neft hasilatını dondurmayacaq. 

Fins.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə Əlcəzairdə OPEC-ə üzv dövlətlərin qeyri-rəsmi görüşünün yekunlarını şərh edən İranın neft naziri Bican Namdar Zənqane bildirib. 

Yekun təklifin təşkilatın noyabrda keçiriləcək toplantısında səsləndiriləcəyini deyən Zənqane qeyd edib ki, ölkəsi neft hasilatını dondurmayacaq. 

OPEC-in prezidenti Məhəmməd Saleh əs-Sədanın sözlərinə görə, kartelə üzv ölkələrin hər biri üçün fərdi istehsal səviyyəsini təşkilatın nəzdində yaradılacaq xüsusi komissiya müəyyən edəcək. 

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih isə bildirib ki,  İran, Liviya və Nigeriyaya maksimal səviyyədə neft hasil etməyə icazə veriləcək. 

Qeyd edək ki, sentyabrın 28-də OPEC ölkələri neft hasilatının dondurulmasına dair razılığa gəliblər. Razılaşma noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrin keçiriləcəyi rəsmi toplantıdan sonra qüvvəyə minəcək.

Eləcə də bax: OPEC ölkələri razılığa gəldilər

Mənbə: APA

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272