DÜNYA

Səudiyyənin neft hasilatını azaltmaq üçün – ŞƏRTLƏRİ
28 SENTYABR
199

Səudiyyənin neft hasilatını azaltmaq üçün – ŞƏRTLƏRİ

2016-09-28 09:14:00

İran neft hasilatının gündəlik həcmini 3,6 mln. barel  səviyyəsində  “donduraracağı” təqdirdə, Səudiyyə Ərəbistanı hasilatın həcmini yanvar ayı səviyyəsinə endirəcək.

Fins.az-ın xəbərinə görə, bunu “RİA Novosti”yə Əlcəzairin OPEK ölkələrinin enerji forumunda təmsil olunan nümayəndə heyətindəki yüksək vəzifəli mənbə deyib.   

“Səudiyyə Ərəbistanı ilə İran arasındakı problem diskussiyaların əsas mövzusu olub. Səudiyyə Ərəbistanı bəyan edib ki, İran neft hasilatının gündəlik həcmini 3,6 mln. barel səviyyəsində  “donduraracağı” təqdirdə, o da hasilatın həcmini yanvar ayı səviyyəsinə endirəcək. Hazırda Əlcəzair nümayəndə heyəti onların mövqelərini yaxınlaşdırmağa çalışır. Lakin, nəzərə alsaq ki, İran sutkalıq hasilat həcmini 4 mln. barelədək artırmaq niyyətindədir - bu çox çətindir”, -deyə mənbə bildirib. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271