DÜNYA

Yuan dünya iqtisadiyyatı üçün təhlükə mənbəyinə çevrilib
27 SENTYABR
691

Yuan dünya iqtisadiyyatı üçün təhlükə mənbəyinə çevrilib

2016-09-27 16:58:00

Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq xəbərinin ajiotajı əsnasında, investorlar, demək olar ki, keçən ilin ən mühüm dəyişikliyini gözdən qaçırdılar: yuanın dollara qarşı stabil şəkildə devalvasıyası. Analitiklərin hesablamasına görə, Çin Mərkəzi Bankının bu inflyasiyanın arxasında öz istehsalçılarına yardım göstərmək istəyi yox, ciddi problemləri gizlətdiyi daha qabarıq görünməyə başlayır. Fins.az xarici mətbuata istinadən xəbər verir ki, son vaxtıarda Çin məmurları yuanın məzənnəsini aşağı salmaqda davam edirlər. İnvestorlar isə bu fakta elə də əhəmiyyət vermirlər, bu da onlar üçün böyük səhv ola bilər. 

Çinin "devalvasiya strategiyası" 

“State Street Global Advisors”un baş investisiya strateqi Maykl Aronenin dediyinə görə, Yuanın tədricən dəyərinin itirməsi həddindən artıq borc yükü problemlərinin gizlədilməsi üçün bir vasitədir. Bu da öz növbəsində dünya iqtisadiyyatı üçün Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından daha çox təhdid göstərir.

“Açıq-aydındır ki, Çin məmurları bazarın Brexit-ə olan marağından faydalanırlar. Çin hakimiyyəti yuanın 1% devalvasıyası haqda məhz Böyük Britaniyada referendum keçirilən günü elan etdi və bununla prosedur çox rahat keçdi.

Məzənnənin daha əhəmiyyətli - 2% enməsi isə 11 avqust 2015-ci ildə baş tutdu və o vaxt Çini bazarda bu xəbərdən dərhal sonra yaranmış panika yaratmaqda dəfələrlə ittiham etdilər.

Problemli borclar Çinin iqtisadiyyatını məhv edə bilər

Yuanın redmissiyası Çinə borclardan qurtarmağın həllini axtarmaq üçün bir müddət fasilə götürməyə kömək edəcək. Çinin korporativ borcunun koffisenti dünyada ən yüksək səviyyə sayılır – 160% ÜDM.

Keçən il mövcud borcun ödənilməsi üçün yeni emissiyanın 44%-i lazım gəlmişdi. Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, Çin Milli Respublikasının kreditlər üzrə öhdəlikləri yerinə yetirməməsindən potensial zərəri ölkənin ÜDM-nin 7%-ni təşkil edə bilər. “McKinsey & Company”-nin mütəxəssislər xəbərdar edir ki, buna oxşar müstəsna siyasət davam etsə, bu göstərici 2019-cu il üçün rekord həddə - 15%-ə qədər arta bilər.

Zəif Yuan daha vacib məsələni gizlədir

Kapitalın hərəkəti üzrə nəzarətin sərtləşdirilməsi Çin vəsaitinin axınını məhdudlaşdırmağa kömək etdi. “Goldman Sachs”ın məlumatına görə, 2015-ci ilin oktyabr ayından, təqribən 170 mlrd. dollar Honkonqdakı ofşor bazarına keçib, bu da Çinin Mərkəzi Bankının verdiyi məlumatdan 50% daha yüksəkdir.

“Nomura Holdings” maliyyə şirkətinin versiyasına görə, Çin ofşorlardakı idxalı şişirtməklə kapital axınını gizlədir. Aronenin dediyinə əsasən, bu zaman “Bəs onda Samoadan Çinə olan idxalın astronomik artımını necə başa düşə bilərik? Siz həqiqətən Çinin kokos yağına ehtiyacının 700%-dən çox artmasına inanırsınız?” sualı yaranır.

Son 12 ayda dollar yuana qarşı 4% möhkəmlənib. Bu günə olan məzənnə 6,67 yuan/dollar təşkil edir. Çin valyutasının göstəriciləri qonşuların ehtiyat valyuta səbətləri ilə müqayisədə isə daha da acınacaqlı görünür. Analitiklər devalvasiyanın kölgədən çıxmasından sonra dünya bazarlarının Çinin monetar siyasəti ucbatından üçüncü dəfə əziyyət çəkəcəyini proqnozlaşdırırlar. 

Çin FED-dən xəbər gözləyir

Çin hakimiyyətini stimullaşdıran xəbər isə FED-in faiz dərəcələrini artırması xəbəri ola bilər. Bu xəbərin gerçək olması ehtimalı Çin Milli Bankını özünü sığortalamağa məcbur edəcək. Buna görə də bank müntəzəm olaraq yuanı dollara qarşı möhkəmləndirməkdə davam edəcək. Beləliklə, FED-in hər hansı bir formada baza dərəcəsini artırmaq qərarı olsa, yuan buna tam hazır olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272