DÜNYA

Avrozona ixracın azalmasından narahatdır
27 SENTYABR
171

Avrozona ixracın azalmasından narahatdır

2016-09-27 12:11:00

Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Draqinin fikrincə, Avrozona dünyada siyasi hadisələr fonunda müşahidə olunan qeyri-müəyyənliklərə baxmayaraq, inkişaf etməkdədir. Lakin ixrac həcminin azalması təhlükəsi vardır.

Bazar ertəsi Avropa Parlamentində çıxışı zamanı Avrozona iqtisadiyyatının müəyyən göstəricilərə görə qlobal və siyasi qeyri-müəyyinliklərə qarşı dayanıqlı olduğunu bildirən Mario Draqi, xarici bazarlarda tələbatın azalması ilə ixrac həcminin də azalması təhlükəsinin olduğunu əlavə edib.

Avropa Mərkəzi Bankının üzvü Benoit Kurenin fikrincə isə siyasətin köməyinə də ehtiyac vardır, çünki təkcə mərkəzi bankın yumşaq monetar siyasəti ilə iqtisadiyyatın inkişafını sürətləndirmək olmaz: "Əks təqdirdə, aşağı inkişaf səviyyəsi müddəti daha da uzana bilər". ECB-nin iqtisadçıları 2016-ci ildə 1.7%, 2017 və 2018-ci illərdə isə 1.6%-lik inkişaf gözləyirlər. 

ECB trilyonluq istiqraz alışı proqramı ilə iqtisadiyyatı daha da canlandırmaq istəyir. Lakin Benoit Kure xarici amillərin mərkəzi bankın tədbirlərini zəiflətdiyini bildirir. Nümunə olaraq isə o, BREXIT referendumu ilə yanaşı aşağı neft qiymətlərini göstərib. Aşağı neft qiymətləri neft istehsal edən dövlətlərin gəlirlərinə mənfi təsir etdiyi üçün idxal həcmlərini də azaltmalı olurlar.

Mənbə: Invest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272