DÜNYA

Gürcüstan tikdiyi üst geyimlərini Fransaya satacaq
23 SENTYABR
560

Gürcüstan tikdiyi üst geyimlərini Fransaya satacaq

2016-09-23 17:22:00
Tiflisdə yüksək keyfiyyətli üst geyimləri tikiş zavodu açılıb. Fins.az-ın Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata əsasən, “Geo-M-Tex” şirkəti kişi, qadın və uşaq gödəkçələrinin istehsalına başlayır.
Bütün məhsullar xarici bazarlara ixrac olunacaq. Xüsusilə Made in Georgia etiketi ilə olan geyimlər Fransada satılacaq. Bununla bağlı “Moncler” brendi ilə tərəfdaşlıq da əldə olunub.
“Moncler” keçən əsrin ortalarında Fransada icad olunan italyan brendidir. Brend peşəkar idman, aktiv istirahət və dolğun şəhər həyatı sürənlər üçün geyim istehsalı üzrə ixtisaslaşıb.
Gürcü şirkəti tərəfdaşlıq üçün başqa tanınmış geyim brendləri ilə də danışıqlar aparır.
“Geo-M-Tex” fabrikində dərzilik işini öyrənmək istəyən hər kəs üçün müasir tikiş və toxuculuq maşınlarında xüsusi təlim keçirilir. Hal-hazırda fabrikdə 300 insan çalışır.
Layihəyə ümumilikdə 3 milyon dollar sərf edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272