DÜNYA

Avro ucuzlaşır
23 SENTYABR
233

Avro ucuzlaşır

2016-09-23 10:12:00

Avro/Dollar cütlüyünün qiyməti cümə axşamı Avropa sessiyasında 1.1256$-a kimi bahalaşdıqdan sonra Amerika sessiyasında ucuzlaşmağa başlayıb.

Artıq bu gün Asiya sessiyasında 1.1193$-a kimi ucuzlaşan cütlük üzrə qiymət əlavə olaraq 1.1163$-a kimi də ucuzlaşa bilər. Əks təqdirdə, qiymət yenidən 1.1256$-ı yuxarı istiqamətdə qırarsa, onda 1.1304$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Bu gün isə dünya valyuta birjalarında avronun qiymətində hərəkətliliyə səbəb ola biləcək Almaniyanın istehsal və xidmət sektorları ilə bağlı biznes aktivliyi indeksləri yayımlanacaq. Almaniyanın xidmət sektorunda aktivliyin artması gözlənilsə də, mütəxəssislər istehsal sektorunda aktivliyin qismən azalmasını ehtimal edirlər. Lakin buna baxmayaraq hər iki göstəricinin 50.0 punktun üzərində açıqlanması ölkə iqtisadiyyatı üçün müsbət qiymətləndirilməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272