DÜNYA

Dollar ucuzlaşmağa davam edir
22 SENTYABR
1395

Dollar ucuzlaşmağa davam edir

2016-09-22 10:45:00

FED-in faiz qərarının açıqlanmasından sonra dolların dünya birjalarında qiymətinin ucuzlaşması Janet Yellenin mətbuat konfransından sonra da davam etdi.

FED çərşənbə günü uçot faiz dərəcəsini artırmasa da, sədr Janet Yellen mətbuat konfransında gələcək aylarda faiz artımının mümkünlüyü haqqında danışıb. Lakin bunun üçün iqtisadi göstəricilərin daha da yaxşılaşmasına etiyac vardır, deyə əlavə edib. 

FED-in faiz qərarının açıqlanmasından sonra dolların dünya birjalarında qiymətinin ucuzlaşması Janet Yellenin mətbuat konfransından sonra da davam edib. Dolların ucuzlaşması həm digər valyutaların, həm də enerji bazarlarında neft qiymətlərin bahalaşmasına əlavə dəstək verib. 

Avronun qiyməti FED-in faiz qərarı sonra bahalaşmağa başladı. Belə ki, avro/dollar cütlüyü çərşənbə günü 1.1122$-dan 1.1203$-a kimi dəyər qazanıb. Beləliklə, qiymət 1.1122$-ın üzərində möhkəmləndikcə, əlavə olaraq 1.1215 və 1.1245$-a kimi də bahalaşa bilər. Lakin avronun bahalaşma korreksiya xarakteri daşıyır (19 - 49 punktluq) və yenidən ucuzlaşa biləcəyi gözlənilir. Artıq 1.3048$-a kimi bahalaşan funtun qiymətinin isə əlavə olaraq 1.3166$-a kimi də 118punkt bahalaşa biləcəyi proqnozlaşdırılır.

Dünən Bakı vaxtı ilə saat 18:30-da Amerikanın neft ehtiyatlarında həftəlik dəyişikliklə bağlı göstəricinin gözlənilməz səviyyədi açıqlanması isə Avropanın Brent markalı neftinin bir barel qiymətinin cari həftə ərzində 47.34$-a kimi 5% bahalaşmasına əlavə dəstək verib. Amerikanın kommersiya məqsədli neft ehtiyatları artıq 3-cü həftədir azalır.  Axşam saat 10 -11 radələrindən sonra dolların dünya valyuta birjalarında ucuzlaşması da neft qiymətlərinin bahalaşmasına müsbət təsir edib. Qiymət əlavə olaraq 47.60$-a kimi də bahalaşa bilər.

Mənbə: İnvestAZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274