DÜNYA

Neft ölkələri pul axtarışında - NAĞD PUL ÇATIŞMIR
22 SENTYABR
464

Neft ölkələri pul axtarışında - NAĞD PUL ÇATIŞMIR

2016-09-22 10:42:00

Neftin qiymətinin aşağı düşməsilə sıxıntılı günlər keçirən Körfəz Ərəb ölkələri rekord miqdarda istiqraz buraxılışı ilə xarici investorlardan borc götürməyə çalışırlar.

Bölgədə həm dövlət istiqrazı, həm də özəl sektor istiqraz satışının bu il 70 milyard dollara çatacağı qeyd edilir; Halbuki regionda ixrac edilən istiqrazların məbləği son on ildə orta hesabla 25 milyard dollar olub.

Abu Dabi-də yerləşən investisiya təşkilatı Waha Capital-ın kapital bazarları üzrə direktoru Məhəmməd Əl Camal, istiqrazların qiymətinin yerli və ya regional alıcılar tərəfindən deyil, beynəlxalq investorlar tərəfindən müəyyən olunacağını bildirib.

Neft qiymətlərinin yüksək və likvidliyin də bol olduğu zamanlarda, normalda bölgədəki istiqrazların alıcıları altı ölkədən ibarət Körfəz Əməkdaşlıq Şurasının üzvləri olardı. Ancaq neft qiymətlərindəki azalma regiondakı maliyyə sənayesinin əlindəki nağd pul miqdarını azaldıb.

Küveytdən Qətərə, ölkələr düşən neft və qaz qiymətlərini kompensasiya etmək üçün istiqraz ixrac buraxırlar, "Emaar Properties" və "DP World" kimi şirkətlər bu il investisiya üçün lazım olan sərmayə əldə etməyə nail oldular. Səudiyyə Ərəbistanı da oktyabrda ilk beynəlxalq istiqraz buraxılışında ən azı 10 milyard dollarlıq gəlir təmin etməyi gözləyir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275