DÜNYA

ABŞ-da şirkət sahibinin dəyişməsi məhsulu 3900% bahalaşdırdı
21 SENTYABR
527

ABŞ-da şirkət sahibinin dəyişməsi məhsulu 3900% bahalaşdırdı

2016-09-21 17:41:00

ABŞ-ın dəri qayğısı krem istehsalçısı – “Novum Pharma” şirkəti – akne və ekzemaya qarşı olan kremlərin qiymətini 10 min dollara yaxın bahalaşdırıb. Fins.az Financial Times-a istinadən xəbər verir ki, xüsusilə, “Aloquin” preparatının qiyməti keçən həftə 128% artıb – 9561 dollar olub.

Məlumatda deyilir ki, mazın tərkibi iki münasib qiymətli tərkibdən ibarətdi: göbələyin qarşısını alan yodokvinol antibiotiki və aloye vera bitkisindən alınan aloye polisaxaridləri. Yodokvinolklu analoji kremin qiyməti apteklərdə 30 dollardan aşağıdır, aloyenin cövhərini isə bir-neçə dollara almaq mümkündür. 

Hətta “Aloquin”in qabının üstündə qeyd olunub ki, preparat məhdud effektivliyə malikdir və bir qablaşmanın tərkibində yalnız 60 qram preparat var. Analojı bahalaşma “Novum Pharma” “Alcortin A” preparatında da qeydə alınıb. Bundan başqa, 29 qram çəkisi olan “Novacort” mazı 4186 dollardan 7142 dollaradək qalxıb.


2015-ci ilin may ayında “Aloquin” 241,5 dollar təşkil edirdi. Preparatların bahalaşması istehsalçı “Primus Pharmaceuticals” şirkətinin  “Novum” şirkəti tərəfindən alınmasından sonra baş verib. Üstəlik, yarımildən az bir müddətə kremin 3900%-ə yaxın bahalaşması hamıda təəccüb yaradıb. 

Tibbi preparatların qiymətlərinin bu səviyyədə qalxması ABŞ-dakı prezident seçkisi kampaniyası zamanı da mühüm məsələ kimi müzakirə mövzusuna çevrilib. Misal üçün demokrat partiyasından namizəd Hilları Klinton “Turing Pharmaceuticals” şirkətini qınayıb. Bu şirkətin AIDS xəstələri üçün həyatı vacib olan preparatın bir tabletinin qiymətini $13,5-dan $750 qədər qaldırdığına irad tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275