DÜNYA

FED-dən valyuta bazarına ŞOK HƏDƏ
20 SENTYABR
3155

FED-dən valyuta bazarına ŞOK HƏDƏ

2016-09-20 11:13:00

ABŞ Mərkəzi Bankının bu həftəki faiz qərarı öncəsi bazarlarda daha əvvəllər bənzəri görülməmiş bir fikir ayrılığı var.

Fins.az xəbər verir ki, bu gün isə Fed ilə istiqraz əməliyyatları aparmaq hüququna malik olan 23 təşkilatdan ikisi, Barclays və BNP Paribas, Fed-in Çərşənbə günü faiz artıracağını bildirib.

BNP-nin iqtisadçısı Laura Rosner, "Mükəmməl bir zaman yoxdur; Məlumatlarda hər zaman qeyri-müəyyənliklər olacaqdır. Son doqquz ayda müşahidə edilmiş və Fedin faiz qərarını gecikdirən şokların çoxluğuna baxmayaraq, məşğulluq güclü olmaqda davam edib və bu vəziyyətin nəzərə alınacağını hesab edirik" deyib.

Barclays, İyun ayının əvvəllərində açıqlanan May ayındakı aşağı məşğulluq göstəricisinə qədər, İyun ayında faiz artırımı proqnozunu etmişdi.

Barclays-ın iqtisadçısı Rob Martin də bildirib ki, Fed bu həftə faiz artıracaqdır.

Martin,"Sentyabr ayında faizin artırılacağı fikrimizi qoruyuruq. Çünki Fed Sədri və Sədr müavininin Jackson Hole-da dediklərini nəzərə alırıq" deyə bildirib.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275