DÜNYA

Plastik qablara istifadəyə rəsmi – QADAĞA
19 SENTYABR
533

Plastik qablara istifadəyə rəsmi – QADAĞA

2016-09-19 12:38:00

Fransada birdəfəlik plastik qab-qacağın istifadəsini qadağan edən qanun qəbul olunub.

Fins.az buro247-yə istinadən xəbər verir ki, qadağa ekoloji təmiz enerji və qlobal istiləşmə ilə mübarizəyə keçid proqramının bir hissəsidir. Plastik qablara, stəkanlara (o cümlədən su və kofe avtomatlarındakı stəkanlara), bıçaqlara, qaşıqlara və çəngəllərə qoyulan qadağan 2020-ci ildən qüvvəyə minəcək. Bundan öncə mağazalar öz ehtiyatlarını satmağı çatdırmalıdır, istehsalçılar isə bioloji ayrılan materiallardan olan qab-qacaqlar buraxmaq üçün zavodları dəyişməlidirlər.

Yeni qadağanın Fransa və onun nümunəsinə əməl edən ölkələrin iqtisadiyyatına mənfi təsir edəcək. Buna görə də aktivistlərdən ibarət qrup Avropa Komissiyasından Fransaya qarşı azad ticarət dövriyyəsi barədə Avropa qanunlarını pozduğu üçün ölçü götürməyi tələb etmək niyyətindədir.

Qeyd edək ki, ötən il Fransada polietilen paketlər qadağan olundu. Belə qadağalar ABŞ da daxil olmaqla, bir çox ölkələrdə var. Ancaq Fransa plastikdən olan qab-qacağı qanundan kənar qoyan ilk ölkə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271