DÜNYA

McDonald's vergidən yayınmaqda günahlandırılır
19 SENTYABR
211

McDonald's vergidən yayınmaqda günahlandırılır

2016-09-19 11:28:00

Financial Times (FT) qəzetinin xəbərinə görə, Avropa Birliyi Komissiyası, McDonald's'-ın 2009-ci ildən bu yana ödəməsi lazım olan vergi miqdarında düzəliş edərək 500 milyon dollar əlavə ödəniş tələb etməyi qiymətləndirir.

Fins.az "Marja"ya istinadən xəbər verir ki, FT-nin əldə etdiyi sənədlərə görə, AB Komissiyası, 2009-ci ildən bu yana şirkətin Lüksemburq ofisinin əldə etdiyi 1,8 milyard dollar qazancdan 1,49 faiz vergi ödəyən Macdonalds-ın, ödəməsi lazım olan vergi nisbəti 29,2% müəyyən edib.

McDonald's rəsmiləri isə Şirkətin bütün vergilərini ödədiyini, Lüksemburqdan hər hansı bir imtiyaz təmin etmədiklərini iddia edirlər. McDonald's rəsmilərinə görə, 2011-2015 dövründə Avropa Birliyində əldə edilən qazancdan orta hesabla 27 faiz vergi ödəməsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272