DÜNYA

Avropada “Wi-Fi” pulsuz olacaq
19 SENTYABR
248

Avropada “Wi-Fi” pulsuz olacaq

2016-09-19 11:22:00

Avropa Birliyi Komissiyası dörd il ərzində Avropa Birliyinin istənilən şəhər və qəsəbəsində “Wi-Fi” vasitəsilə internetə pulsuz çıxışı təmin etməyə dair söz verib.

120 milyon avro məbləğində ayılacaq qrant hökumətlərə lokal simsiz giriş nöqtələri daxil olmaqla yüksək keyfiyyətli avadanlıq almağa imkan verəcək. Layihə Avropa Parlamenti və Avropa Birliyi ölkələrinin nazirləri tərəfindən təsdiqləndiyi təqdirdə həmin məbləğ gələn ilin sonunadək əlçatan olacaq.

Komissiya, həmçinin 2025-ci ilədək Avropada yerləşən evlər üçün ən azı 100 MB/s yükləmə sürətini təmin etməyi təklif edir.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avropa Birliyinin vəziyyəti haqda hesabatında, həmçinin rouminqi həmişəlik ləğv etməyə və  2025-ci ildə Avropa Birliyinin ərazisini “5G” xidməti ilə tamamilə əhatə etməyə dair söz verib.

Mənbə: ictnews.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275