DÜNYA

Rusiyanın kredit reytinqi dəyişdi
19 SENTYABR
173

Rusiyanın kredit reytinqi dəyişdi

2016-09-19 10:50:00

Beynəlxalq kredit reytinqi agentliyi Standart & Poor's (S&P), Rusiyanın "zibil" səviyyəsində olan kredit reytinqinin proqnozunu yüksəldib.

Agentlik, bu qərara səbəb olaraq, Rusiya iqtisadiyyatının son 20 ilin ən uzun durğunluğunun sonuna yaxınlaşmasını göstərib.

S&P, ölkənin "sərmayə edilə bilər" səviyyədən bir pillə aşağı olan "BB+" kredit reytinqini dəyişdirməyib və proqnozunu "mənfi"dən "sabit"ə yüksəldib.

Rusiyanın kredit reytinqi, Moody's Investors Service-də S&P ilə eyni, Fitch Ratings-də isə ən aşağı "sərmayə edilə bilər" səviyyədədir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272