DÜNYA

Neft qarşılığında bizə mənzil tikin - TÜRKİYƏYƏ TƏKLİF
16 SENTYABR
1030

Neft qarşılığında bizə mənzil tikin - TÜRKİYƏYƏ TƏKLİF

2016-09-16 09:22:00

Venesuelanın Türkiyədəki səfiri Xose Gregorio Bracho Reyes, sərmayə qoymaq istəyən Türk iş adamlarının ölkəsinə gələ biləcəyini deyərək, "Türkiyənin Baş nazirin Sosial Mənzil Tikintisi Agentliyi (TOKİ) ilə birlikdə Venesuelaya gəlməsini və bunun qarşılığında xam neft almasını gözləyirik" deyib.

Venesuelanın dünyada ən böyük neft ehtiyatına malik ölkələrdən biri olduğunu vurğulayan Bracho Reyes, bunları qeyd edib: "Türkiyə dünya iqtisadiyyatı ilə dünyanın ən öndə gedən ölkələrindən biridir və iqtisadi olaraq da sürətlə inkişaf edir. Venesuelanın energetika naziri Pino-nun Ərdoğan ilə keçirdiyi toplantıda gündəmə gələn ən vacib məsələlərdən biri neft ticarəti idi. Hazırda ölkəmizin 10 milyon ton nefti var. Bu 10 milyon ton neft bazara təqdim edilməsini gözləyir. Energetika naziri Pino və Xarici İşlər Naziri Rodriguez, bu görüşdə bu neftin müəyyən bir qisminin Türkiyə üçün ayrılıb, bunun iki ölkə arasındakı mal dəyişikliyində və kommersiya sazişlərdə istifadə edilə biləcəyini deyib. Mövzu ilə bağlı qarışılıqlı komissiyanın qurulmasını gözləyirik, danışıqlarımız davam edir".

VENESUELADAKI MƏNZİL DEFİSİTİ

Venesuela iqtisadiyyatını şaxələndirməyə çalışdıqlarını bildirən Bracho Reyes, "Tamamilə neftə əsaslanan iqtisadiyyatın öhdəsindən gəlməyə çalışırıq. Çünki bu, Venesuelanı biraz çox kövrək bir hala saldı. Bu səbəbdən iqtisadiyyatımızı şaxələndirmək istəyirik. Türkiyənin sənaye sahəsində təcrübəsi çoxdur. Bizim də kənd təsərrüfatı sahəsində inkişaf etməyə ehtiyacımız var. Bu səbəbdən Türk iş adamlarını Venesuelaya çağırırıq. Təkcə kənd təsərrüfatı üçün ayıracağımız 30 milyon hektar sahəmiz var"- deyə bildirib.

Hazırda Venesuelada fəaliyyət göstərən Türk şirkətləri olduğunu və şirkətlərin mənzil defisitini aradan qaldırmağa yönəlmiş layihələrə dəstək verdiklərini bildirən Bracho Reyes, "İndiyə qədər ölkədə Türk şirkətlər tərəfindən 1448 mənzil tikilib. Hökumət 1 milyondan artıq mənzili təslim edib. Məqsədimiz 2 milyona çatmaqdır. Türkiyə ilə yanaşı, bu layihədə İran, Belarus kimi ölkələr də yer alır" - deyib.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275