DÜNYA

Almaniya Türkiyədəki bütün nümayəndəliklərini bağladı
15 SENTYABR
336

Almaniya Türkiyədəki bütün nümayəndəliklərini bağladı

2016-09-15 12:50:00

Almaniya təhlükəsizlik səbəbindən Türkiyədəki səfirliyini, konsulluğunu və məktəblərini bağlayıb.

Buna səbəb kimi Almaniya təmsilçiliklərinə ehtimal edilən hücum göstərilib.

Məlumata görə, Almaniyanın səfirliyi, konsulluğu və məktəbləri sentyabrın 16-dək bağlı olacaq.

Qeyd edək ki, cari il martın 19-da Ankarada törədilən terror aktından iki gün əvvəl də Almaniya Türkiyədəki səfirliyini, konsulluğunu və İstanbuldakı alman liseyini təhlükəsizlik səbəbindən bağlamışdı. Həmin terror nəticəsində 4 nəfər ölmüş, 36 nəfər isə yaralanmışdı. 

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275