DÜNYA

Dünyanın ən bahalı 9 şəhəri - HESABAT
14 SENTYABR
350

Dünyanın ən bahalı 9 şəhəri - HESABAT

2016-09-14 11:08:00

Hər il the Economist Intelligence Unit(EIU)  dünyanın ən ucuz və ən bahalı şəhərləri haqqında 2 hesabat dərc edir.

"Dünya üzrə yaşayış xərcləri" başlıqlı birinci hesabatda yemək xərcləri, yanacaq xərcləri və əməkhaqqları kimi faktorlar nəzərdən keçirilir.
ABŞ dollarının gücü və başqa ölkələrdə valyuta devalvasiyalarına görə builki reytinqdə bir neçə böyük dəyişikliklər olmuşdur.
9. Seul, Cənubi Koreya - Şəhər ictimai xidmətlərin və geyim xərclərinin baha olmasına görə siyahıda yüksəlir. EİU-un hesabatlarına görə, Seul yaşayış xərclərinə görə Kopenhagen və Los-Ancelesə bərabərdir

8. Kopenhagen, Danimarka - Şəhər əmək haqlarının yüksək olmasına baxmayaraq yüksək yaşayış xərclərinə görə builki siyahıda yerini qoruyur.

7. Nyu-York, ABŞ - EİU hesabatında bildirir ki, dolların güclənməsi və lokal inflyasiyalar Nyu-York şəhərinin digər şəhərlərə nisbətdə daha da bahalaşmasına səbəb olur. Buna misal olaraq bir kiloqram çörək üçün ortalama qiymət 8.26 dollardır. Bu şəhərin 2 qat daha bahalısı 1-ci sıradadır.

6. London, Birləşmiş Krallıq - Londonda əmək haqlarının artımı sabitdir və artan əmlak qiymətləri və inflyasiyalar ilə ayaqlaşmır. Londonda ortalama gəlir 30 000 funt olmasına baxmayaraq, bir mülk üçün ortalama qiymət 500 000 funtdan çoxdur.

5. Paris, Fransa - EİU dediyinə görə, avroya etimadın zəif olmasına görə Paris top 10-luqdakı avrozonaya daxil olan yeganə şəhərdir. Aşağı valyutaya baxmayaraq Paris hələ də yaşamaq üçün son dərəcə bahalı şəhərdir və yalnız alkoqol və siqaret qiymətləri digər məhsullarla müqayisədə daha münasibdir.

4. Cenevrə, İsveçrə - EİU hesabatına görə, Cenevrədə, demək olar, hər şey bahadır. Xüsusilə istirahət və əyləncə mərkəzlərinin qiymətləri dünyada ən yüksək qiymətlərdəndir.

3. Honkonq - yüksək yaşayış xərcləri və ictimai xidmətlərin baha olmasına görə pillədə son 12 ay ərzində 7 pillə yüksəlmişdir.

2. Sürix, İsveçrə - Sürixin bu qədər baha olmasının səbəblərindən biri İsveçrə frankının avrodan ayrı hesablanmasıdır. Yüksək gəlir və digər bahalı xərclər bu şəhərin 2-ci yerə yüksəlməsinə səbəb olmuşdur.

1.Sinqapur - Bu şəhər 3 ildir ki, dünyanın ən bahalı şəhəri ünvanını qoruyur. Digər şəhərlərlə müqayisədə Sinqapurda yaşayış xərcləri və ictimai xərclər daha yüksəkdir.

Mənbə: Publika.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275