DÜNYA

1 trilyon dollarlıq təyyarə parkına sahib ilk ölkə - ÇİN
14 SENTYABR 2016
727

1 trilyon dollarlıq təyyarə parkına sahib ilk ölkə - ÇİN

2016-09-14 09:21:00

Çin yaxın 20 il ərzində bir trilyon ABŞ dollarlıq təyyarə parkına sahib ilk ölkə olacaq. Bu barədə “Boeing” şirkəti proqnoz verib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Şirkətin məlumatında deyilir ki, Çinin növbəti 20 ildə ümumi dəyəri 1 trilyon dolları keçən 6800-dən çox təyyarəyə ehtiyacı olacaq. Bunların da 75 faizi qarşıdakı illərdə alınacaq yeni təyyarələr olacaq. Ölkədə səyahət və nəqliyyat xidmətlərinin çoxalması hava nəqliyyatından istifadə edənlərin sayının hər il 6-7 faiz artmasına səbəb olacaq. “Boeing”in mütəxəssisləri düşünür ki, Çində elektron ticarətin genişlənməsi öz növbəsində karqo uçuşlarının sayına da müsbət təsir göstərəcək.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267