DÜNYA

Rusiyanın ticarət profisiti yarıya düşdü
07 SENTYABR
221

Rusiyanın ticarət profisiti yarıya düşdü

2016-09-07 16:40:00

Rusiya Federal Gömrük Xidməti tərəfindən nəşr olunan məlumatlara görə, Rusiyanın yanvar-iyul ayları ərzində xarici ticarət profisiti (artığı) ötən ilin eyni dövrü ilə müqayisədə 45,7 faiz azalaraq 57,8 milyard dollara geriləyib.

Rusiyanın ümumi ixracı isə, ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 azalaraq 153,4 milyard dollara düşüb.

2016-ci ilin yanvar-iyul dövründə ümumi xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz azalaraq 249 milyard dollara geriləyib. Ölkənin ümumi idxalı da həmin dövrdə keçən ilə nisbətən 8 faiz düşərək 95,6 milyard dollara enib.

Rusiya Maliyyə Nazirliyi, düşən ixrac gəlirləri səbəbilə artan büdcə kəsirini ölkənin ehtiyat fondunu istifadə edərək bağlamağa çalışır.

Rusiyanın ehtiyat fondu avqust ayında da əvvəlki aya nisbətən 15,6 faiz azalaraq 32,2 milyard dollara düşmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274