DÜNYA

Avropada çox mühüm narahatlıq
07 SENTYABR
325

Avropada çox mühüm narahatlıq

2016-09-07 14:32:00

Avropa Mərkəzi Bankının (ECB) 8 Sentyabr Cümə günü baş tutacaq toplantısı ərəfəsində mütəxəssislər 2017-ci ilin Mart ayına qədər davam edəcək istiqraz alışı proqramına dair çox mühüm bir narahatlığa toxunurlar: Bu ilin sonunda ECB-nin alması üçün dövlət istiqrazı qalmayacaq.

ECB aylıq 80 milyard dollarlıq monetar ekspansiya (ECB) proqramını həyata keçirir. Bu gün bir çox dövlət istiqrazları mənfi gəlirlidir.

Credit Agricole tərəfindən aparılan təhlilə görə, 18 aydır davam edən və 1 trilyon avronu aşan aylıq istiqraz alışları, dövlət istiqrazlarının tükənməsi səbəbilə ciddi şəkildə "tormozlaya" bilər. Bu səbəbdən sabah baş tutacaq ECB iclasında mərkəzi bankın alış edəcəyi borc kağızlarının genişləndirməsi də ehtimallar daxilindədir.

Monetar ekspansiya (QE) proqramını 2015-ci ilin Yanvarında elan edən ECB-inin məqsədi Avro Bölgəsi üzrə artımı və inflyasiya artımını dəstəkləməkdir. Amma blokda inflyasiya hazırda hələ də 0.2 faizdir və ECB-inin hədəf   2%-lik hədəfindən xeyli aşağıdır. İqtisadçılar da bu səbəbdən QE proqramının həqiqətən işə yarayıb yaramadığı məsələsində ciddi bölünmüş vəziyyətdədir. Bəzi analitiklər sabahkı iclasda ECB-inin aktiv alışlarını Mart 2017-dən daha uzaq bir müddətə uzadılmasını gözləyərkən, bəzi mütəxəssislər isə Brexitin təsirlərinin aydınlaşmasının gözləniləcəyini və il sonuna qədər önəmli bir qərar dəyişikliyi olmayacağını deyir.

ECB-inin sentyabr ayı toplantısında qərarı, iclasla həmin gün açıqlanacaq  inflyasiya və iqtisadi artım göstəricilərinin formalaşdıracağını qeyd edən mütəxəssislər, Brexit görə ECB-inin makroiqtisadi proqnozlarını da aşağı istiqamətli dəyişdirəciyin gözləyirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271