DÜNYA

Rusiyanın silah istehsalından qazancı - AÇIQLANDI
07 SENTYABR
368

Rusiyanın silah istehsalından qazancı - AÇIQLANDI

2016-09-07 10:53:00

Rusiya cari ildə 15 milyard dollar dəyərində silah ixrac etməyi planlaşdırır.

Fins.az-ın "Trend"ə istinadən məlumatına görə, bu barədə "Rosoboroneksport"un baş direktorunun müavini Sergey Qoreslavski deyib.

O qeyd edib: "Ötən il olduğu kimi, biz 13 milyard dollar dəyərində silah satmağı planlaşdırırıq. Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin göstəriciləri ilə birlikdə bu rəqəm təqribən 15 milyard dollar təşkil edəcək".

S.Qoreslavski xatırladıb ki, "Rosoboroneksport" bu il artıq 7 milyard dollar dəyərində silah satıb: "Hər şey plan üzrə gedir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275