DÜNYA

Trampın FED-in faiz siyasəti haqqında - AÇIQLAMASI
07 SENTYABR
547

Trampın FED-in faiz siyasəti haqqında - AÇIQLAMASI

2016-09-07 09:34:00

ABŞ-da Respublikaçı Partiyanın namizədi Donald Trump, ABŞ Mərkəzi Bankının (Fed) "süni bir iqtisadiyyat" yaratdığını bildirərək, "Fizləri aşağı saxlayırlar, çünki hər şeyin çökməsini istəmirlər" - deyib.

Fins.az "Marja"ya istinadən xəbər verir ki, əmlak milyarderi Donald Trump, seçki kampaniyası üçün istifadə etdiyi şəxsi təyyarəsində mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Fed-in bu aykı toplantısında faiz artırmaq ehtimalını qiymətləndirməsi istənilən Trump, "Faizləri aşağı saxlayırlar, çünki hər şeyin çökməsini (dağılmasını) istəmirlər" ifadəsini istifadə edib.

Trump, Fedi aşağı faiz siyasəti ilə süni bir iqtisadiyyat yaratmaqla tənqid edib, "Çox süni bir iqtisadiyyatımız var. Güclü olan tək şey süni birjadır" deyib.

Respublikaçı namizəd daha əvvəl də Fed sədri Janet Yellenin çıxışını bəyənmədiyini bildirərək, prezident seçilməsi halında Yelleni 4 illik ilk prezidentlik dövrünün bitməsinin ardından yenidən namizəd göstərməyəcəyini açıqlamışdı.

Klinton: "Trump, Fed haqqında danışmamalıdır"

Demokrat Partiyanın namizədi Hillari Klinton prezidentlik üçün yarışan bir namizədin, eynilə ABŞ prezidenti kimi Fedin siyasətləri haqqında danışmamalı olduğunu söyləyib.

Pul siyasətinin müstəqil olduğunu qeyd edən keçmiş xarici işlər naziri Klinton, "Trump, iqtisadiyyatı olduğundan yaxşı və ya pis göstərməyə işləməməlidir, Fedi, hücum etdiyi qurumlar və şəxslərin uzun siyahısına əlavə etməməlidir" deyə bildirib.

ABŞ-da prezident seçkiləri Noyabrın 8-də keçiriləcək və seçkinin qalibi prezidentlik kreslosuna 17 Yanvar 2017-ci ildə oturacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272