DÜNYA

Britaniya "bal sistemi”ni qəbul etmədi
06 SENTYABR
277

Britaniya "bal sistemi”ni qəbul etmədi

2016-09-06 09:33:00

Böyük Britaniyanın Baş naziri Teresa Mey immiqrasiyaya nəzarət üçün təklif olunan “bal sistemi”ni qəbul etməyib.

“Brexit” tərəfdarlarının əsas vədlərindən biri olan bu sistem Avropa İttifaqından Birləşmiş Krallığa miqrant kimi gəlmək istəyənlərin təhsilinə, işinə, sosial vəziyyətinə görə bal verilərək qəbul edilməsini nəzərdə tuturdu. Sistemə əsasən, kifayət qədər “balı” olmayan insanlar miqrant kimi qəbul edilə bilməzdi.

Baş nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, “Brexit”dən sonra Avropa İttifaqından gələnlərin sayında ciddi azalma olacaq. Lakin bunun təklif edilən “bal sistemi” ilə olması Britaniya üçün uyğun deyil.

Mənbə: Azərtac.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272