DÜNYA

Rusiya və Səudiyyə Ərəbistanı birgə monitorinq işçi qrupu yaradır
05 SENTYABR
231

Rusiya və Səudiyyə Ərəbistanı birgə monitorinq işçi qrupu yaradır

2016-09-05 14:46:00

Rusiya və Səudiyyə Ərəbistanı neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin olunması məqsədilə digər neft istehsalçıları ilə birgə fəaliyyət haqqında razılığa gəliblər. 

Fins.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novakov və Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid ibn Əbdül Əziz əl-Faleh tərəfindən imzalanmış, ölkələrin birgə bəyanatında deyilir.

"Nazirlər neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin olunması məqsədilə iri istehsalçı ölkələr arasında konstruktiv dialoq və sıx əməkdaşlığın xüsusi vacibliyini qeyd ediblər. Bununla əlaqədar, nazirlər digər neft istehsalçıları ilə birgə və ya kooperasiyada fəaliyyət göstərmək haqqında razılığa gəliblər", - bəyanatda deyilir. 

Bundan başqa, nazirlər neft bazarında vəziyyət üzrə məsləhətləşmələrin davam etdirilməsi və birgə monitorinq işçi qrupunun yaradılması haqqında razılığa gəlib. Həmin işçi qrup neft bazarının fundamental göstəricilərini izləyəcək və bazarın sabitliyini təmin etmək üçün tədbirlər və birgə fəaliyyət üzrə tövsiyələr hazırlayacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272