DÜNYA

Avropa İttifaqı Ukrayna və Gürcüstan üçün – VİZANI LƏĞV EDİR
05 SENTYABR
1157

Avropa İttifaqı Ukrayna və Gürcüstan üçün – VİZANI LƏĞV EDİR

2016-09-05 12:25:00

Avropa Qonşuluq və Genişlənmə Siyasəti üzrə komissar Yoxannes Xanın sözlərinə görə Avropa Parlamenti və Avropa Komissiyası yaxın həftələrdə Ukrayna və Gürcüstan üçün vizasız rejimlə bağlı qərar qəbul edəcək.

Fins.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, şənbə günü Aİ-yə üzv ölkələrin XİN-ləri Şərq tərəfdaşlığı ölkələrinin XİN rəhbərləri ilə danışıqlar aparıblar. Jurnalistlərin suallarını cavablandıran Xan təsdiqlədi ki, danışıqlarda Ukrayna və Gürcüstan üçün vizasız rejim məsələsinə də toxunulub.

Avropa kommisarı qeyd edib ki, “Ukrayna və Gürcüstan vətəndaşları üçün Aİ ilə vizasız rejim məsələsi yaxın həftələrdə həllini tapacaq”.

2015-ci ilin dekabrıda  Avropa Komissiyası bildirmişdir ki, Ukrayna və Gürcüstan Aİ ilə viza rejiminin liberallaşdırılması üçün zəruri bütün  məsələləri həll edib. Lakin vizasız rejimlə bağlı müvafiq qərar bu günə qədər qəbul olunmayıb.

Mənbə: russian.rt.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274