DÜNYA

Antibakterial sabunlara - QADAĞA QOYULDU
05 SENTYABR
706

Antibakterial sabunlara - QADAĞA QOYULDU

2016-09-05 12:19:00

ABŞ-ın Ərzaq Məhsulları və Dərman Vasitələrinə Nəzarət İdarəsi antibakterial sabunların və bədən üçün gellərin satışına qadağa qoyub. Bu, onların tərkibindəki komponentlərin müntəzəm və uzunmüddətli tətbiqinin insan orqanizmi üçün təhlükəli və səmərəsiz olması ilə izah edilir.

Fins.az medportal.ru saytına istinadən xəbər verir ki, söhbət antibakterial vasitələrin tərkibindəki 19 maddədən, xüsusilə onların arasında ən populyar olan triklokarban və triklozandan gedir. Hələlik duş qəbulu üçün sabunların və gellərin istifadəsi qadağan olunub. Əllərin dezinfeksiyası üçün məhlullar və antibakterial salfetlərə isə qadağa qoyulmayıb.

Amerika alimlərinın tədqiqatları göstərib ki, sabunlarda, şampunlarda, diş pastalarında və digər gigiyenik vasitələrdə geniş yayılmış mikrob əleyhinə triklozanın uzunmüddətli təsiri orqanizmdə qaraciyər xərçənginə və fibrozun inkişafına gətirib çıxara bilər.

İstehsalçılara qadağan olunmuş inqrediyentlərin reseptdən çıxarılması, ya da sabun və gel buraxılışının tam dayandırılması üçün bir il vaxt verilir. Bunun üçün bütün lazımi elmi sübutlar var. İstehsalçılar isə bu arada antibakterial vasitələrin səmərəliliyini və təhlükəsizliyini təsdiq edəcək əlavə tədqiqatlar aparmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270