DÜNYA

“ABŞ borc içində boğulur?” – ARAŞDIRMA
05 SENTYABR
448

“ABŞ borc içində boğulur?” – ARAŞDIRMA

2016-09-05 11:15:00

Barak Obamanın prezidentlik dövrünün sonuna qədər ABŞ-ın dövlət borcu 20 trilyon dolları ötəcək.

Tarixdə ilk dəfə ABŞ-ın dövlət borcu 19.5 trilyon dolları ötüb və artmağa davam edir. ABŞ-ın Maliyyə Nazirliyinin hesablamalarına görə 2017-ci ilin martına bu rəqəm 20 trilyon dollara çatacaq. Bu problemi artıq Barak Obama yox, növbəti ABŞ prezidenti seçkilərinin qalibi həll etməli olacaq. 

Fins.az xarici mətbuata istinadən ABŞ-ın maliyyə borcları və ilə bağlı araşdırma təqdim edir.

ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir ki, ABŞ dövlət borcu 2016-cı ilin yanvarından bəri 500 milyard dollar artaraq, tarixdə ilk dəfə 19.5 milyard dollar rəqəminə çatıb. 2009-cu ildə Barak Obamanın prezidentlik müddəti başlayanda borc 10.63 milyard dollar təşkil edirdi. Maliyyə Nazirliyinin proqnozuna görə 2017-ci ilin martına qədər dövlət borcu hökumət tərəfindən məhdudlanmayacaq və buna görə də Obamanın ikinci prezidentlik müddətinin sonuna borc 20 trilyon dollara çatacaq.

Konqresin büdcə komitəsinin avqustda verdiyi məlumatə görə maliyyə ilinin sonunda (sentyabr 2016) dövlət borcunun ÜDM-ya nisbəti 3 faiz artaraq 77% təşkil edəcək. Bu 1950-ci ildən bəri ölkənin İkinci Dünya müharibəsi borclarını fəal ödənilməsi zamanından qeydə alınmış maksimumdur. Komitənin proqnozuna əsasən növbəti 10 il ərzində dövlət borcunun ÜDM-ya nisbəti bir qədər də artaraq 86% çatacaq.

Dövlət borcu illik büdcə kəsirləri üstəgəl faiz ödənişlərinin ümumi məbləği kimi hesablanır. Barak Obama öz çıxışlarında dəfələrlə büdcə kəsirlərinin azaldılmasında maraqlı olduğunu bildirib, lakin onun administrasiyasının işi ərzində göstərici stabil olaraq 1 trilyon dolları keçib. Ancaq son müddətdə bu göstərici daha uyğun rəqəmə (500 milyard dollar) düşüb. Bu ilin gözləntilərinə görə ABŞ büdcə kəsiri 590 milyard dollar və ya 3.2% ÜDM təşkil edəcək. Hələ senator olduğu müddətdə Obama büdcə kəsirləri göstəricilərinə görə ABŞ-ın o zaman fəaliyyətdə olan prezidenti Corc Buşu tənqid edirdi. Obama Buşun yeritdiyi siyasəti “hökumət bataqlığı” adlandırırdı. Xatırladırıq ki, respublikaçı olan Buşun hakimiyyəti dövründə kəsir 1.4 trilyon dollara çatmışdı. 

Büdə kəsirinin idarə olunması və dövlət borcu limitinin qaldırılması problemlərini növbəti prezident həll etməli olacaq. Dövlət borcu limitinin qanunvericilik əsasında qaldırılması məsələsinə gələn ilin martın 15-nə qədər baxmaq lazımdır. (Bu tarixə qədər rəsmi məhdudiyyətlər ləğv olunub)

ABŞ prezident kürsüsünə ən real namizədlər arasında olan nə Donald Tramp, nə də Hilari Klinton bu problemin həlli istiqamətində dəqiq heç bir şey deməyiblər. Bəlkə də hər iki namizədin bu problemi necə həll edəcəklərini barəsində heç bir fikirləri yoxdur.

Bu ilin aprelindən Tramp bildirib ki, mövcud borcu növbəti 8 il ərzində ödəyəcək. Lakin iqtisadiyyatçıların əksəriyyətinin fikrincə Trampın nəzərdə tutduğu metodlar (kreditorlar ilə ticarət və hərbi müqavilələrə yenidən baxılması) gözlənilən effekti verməyəcək.

“US News” xəbərinə görə Trampın sözlərində bir qədər yalan var çünki bu gün federal hökumət dövlət borcu üzrə ildə 2.5% (20 trilyon dollar üçün bu 500 milyard dollar edir) ödəniş edir.

Bundan əlavə dövlət borcunun artması Federal Ehtiyat Sisteminə (FED) təzyiqin artması deməkdir. Buna görə də FED iqtisadiyyatın inkişafına öz fikirinin olmasına baxmayaraq, uçot dərəcəsini qaldıra bilmir. Bu dəqiqə üçün borc o qədər böyükdür, onun uçot dərəcəsinin 1% artırılması belə ümumi məbləği ildə 200 milyard dollara qaldıracaq. Əlbəttə ki, bu heç kəsə sərf etmir, bunu heç kəs istəmir.

Digər tərəfdən isə ABŞ dövlət istiqrazları bazarda aşağı dəyişkənliyi nəzərə aldıqda ən etibarlı investisiyalardan biri sayılır.

“Business Insider”-in bir müddət öncə yaydığı məlumatda deyilir ki, Maliyyə Nazirliyi 1970-ci ildən bəri ilk dəfə ABŞ-ın əsas kreditorları haqqında ətraflı məlumat dərc edib. Adətən hesabatlarda konkret ölkələr “neft ixracatçıları ölkələri”, “Karib maliyyə mərkəzləri” başlıqları altında gizlədilirdi.

ABŞ-ın borcunun ən böyük hissəsini (1.244 trilyon dollar) Çin saxlayır. İkinci yerdə Yaponiya gəlir (1.137 trilyon dollar). Kayman adaları üçündür (265 milyard dollar). Rusiya ABŞ-ın kreditorları sıralamasında ilk 20-də qərarlaşıb. Rusiyaya ABŞ-ın 86 milyard dollar dəyərində istiqrazlarına sahibdir. 

Mənbə: gazeta.ru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272