DÜNYA

0,1% nəyi dəyişir? - FED qərar verə bilmir
05 SENTYABR
862

0,1% nəyi dəyişir? - FED qərar verə bilmir

2016-09-05 11:12:00

Avro/Dollar cütlüyü qiymətinin hələ də 1.11 - 1.12$ aralığında ticarət olunması, ABŞ Mərkəzi Bankının (FED) sentyabr ayında (21.09) verəcək faiz qərarı ətrafında qeyri-müəyyənliklərin olduğuna işarədir və dolların dünya valyuta birjalarında qiymətinin bir trend istiqamətində dalğalanmasında çətinlik yaradır.

Keçən həftənin cümə günü Amerikanın əmək bazarında, kənd təsərrüfatı istisna olmaqla dövlət və özəl şirkətlər tərəfindən 151 000 yeni iş yerləri yaradılması və işsizlik səviyyəsinin 4.9%-da qaldığı açıqlanmışdır. Mütəxəssislər isə 180 000 yeni iş yerlərinin yaradılacağını, işsizlik səviyyəsinin isə 4.8%-ə kimi düşəcəyini proqnozlaşdırırdılar.

Beləliklə, Amerikanın əmək bazarı getdikcə yaxşılaşır, sadəcə sürəti azalmağa başlayıb. Məlumatların açıqlanmasından sonra dolların dünya valyuta birjalarında qiyməti sürətlə ucuzlaşmağa başlasa da, yenidən bahalaşamağa başladı.

Avro/Dollar valyuta cütlüyü cümə günü 1.1251$-a kimi bahalaşsa da, sonradan 1.1149$-a kimi ucuzlaşdı. Qiymətin keçən həftənin dəstək səviyyəsi sayılan 1.1122$-ın üzərində möhkəmlənməsini nəzərə alaraq, yenidən 1.1250 və 1.1270$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Əgər qiymət 1.1122$-ı aşağı istiqamətdə qırarsa, onda 1.1000$ və 1.0940$ səviyyələrinin şahidi ola bilərik.

Mənbə: Invest.az 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270