DÜNYA

Bu ölkənin ərazisini suni yolla artıracaqlar
02 SENTYABR
863

Bu ölkənin ərazisini suni yolla artıracaqlar

2016-09-02 19:09:00

Monakonun ərazisini 1 milyard avroya suni yolla artıracaqlar. Fransanın “Bouygues” şirkətinin mühəndisləri Monakonun ərazisinin dəniz sahilinin qurudulması hesabına artırılması layihəsini icra edəcəklər. Fins.az xarici mətbuata istinadən xəbər verir ki, bu layihənin ümumi büdcəsi 1 milyard avrodur. 

Mühəndislər 2025-ci ilə qədər knyazlığın ərazisini 6 hektar artırmağı planlaşdırırlar.

Yeni ərazi indiki dəniz sahilində hərəsinin hündürlüyü 26 m, ümumi çəkisi isə 10 min ton olan trapesiyaşəkilli 18 beton sütunları ilə əhatələnmiş torpaq təpələrinin yaradılması ilə əmələ gələcək. Yeni ərazidə ümumi sahəsi 60 min km2 olan yaşayış evləri tikiləcək. Eyni zamanda “Qrimaldi Forum” konsert zalı genişləndiriləcək, yeni maşın dayanacaqları, park və bulvar tikiləcək.

“Bouygues” şirkəti qeyd edir ki, tikinti zamanı ətraf mühitə minimum zərər dəyəcək.  

Əhalinin sıxlığına görə Monaka Knyazlığı ilk sıradan gələn ölkələrdəndir. Knyazlığın 1 km2 ərazisinə 18.7 min insan düşür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272