DÜNYA

Rubl Türkiyədə də işləyə bilər - MÜZAKİRƏ
02 SENTYABR
577

Rubl Türkiyədə də işləyə bilər - MÜZAKİRƏ

2016-09-02 18:48:00

Rusiyalılara Türkiyənin kurortlarında rublarla ödəniş etməyə icazə verə bilərlər.  
Fins.az türk məbuatına istinadən xəbər verir ki, Türkiyə və Rusiya iki ölkə arası ticarətdə rubldan istifadə edilməsi imkanını müzakirə edir. Türkiyənin iqtisadiyyat naziri Nihat Zaybekçinin sözlərinə görə iki ölkə arası gərgin münasibətlər zamanı hər iki tərəf iqtisadi zərər çəkib. Buna görə də münasibətlərin bərpası ərəfəsində Türkiyənin Mərkəzi Bankı qarşılıqlı ticarətdə rubl və türk lirəsinin istifadə imkanlarını araşdırır.


Nazir bildirib ki, əsas məqsəd rusların Antalya və Türkiyə daxilində rubl, türklərin isə Rusiya ərazisində lirələrlə ödəniş etmələrinə nail olmaqdır. Bir müddət öncə verilmiş məlumata əsasən Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) RF aviaşirkətlərinin Türkiyəyə çarter uçuşları müraciətlərini razılaşdırıb. Sentyabrın 3-də Rusiyadan Türkiyəyə ilk çarterlərin yola düşəcəyi gözlənilir.

Türkiyə sentyabrda Rusiyadan ümumilikdə 700 min tursit qəbul etməyi nəzər tutub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272