DÜNYA

“Tekfen İnsaat” Türkiyədə “STAR” NEZ-in tikinti layihəsinin subpodratçısı ola bilər
02 SENTYABR
222

“Tekfen İnsaat” Türkiyədə “STAR” NEZ-in tikinti layihəsinin subpodratçısı ola bilər

2016-09-02 09:49:00

Türkiyədə “STAR” NEZ-in tikintisinin podratçısı olan “Tecnicas Reunidas” (İspaniya), “Saipem S.p.A.” (İtaliya), “GS” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlər alyansı “Tekfen Holding”in törəməsi “Tekfen Insaat ve Tesisat” şirkətini subportaçı qismində bu layihəyə cəlb edə bilər. Bu barədə İstanbul Fond Birjasından məlumat verilib.

“TSGI alyansı “Tekfen Insaat ve Tesisat“ ilə „STAR“ NEZ-in tikinti layihəsi çərçivəsində elektrik-mexaniki işlərin icrasına dair niyyət protokolu imzalayıb. Qısa zamanda müqavilənin şərtləri və işlərin həcminə dair danışıqların başa çatması nəzərdə tutulur”, - deyə məlumatda vurğulanır.

Layihə üzrə işlərin icrası müddəti 17 ay ərzində müəyyən edilib.

Mənbə: İnterfaks

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272