DÜNYA

Bu gün Asiya sessiyasında – DOLLAR UCUZLAŞDI
31 AVQUST
3721

Bu gün Asiya sessiyasında – DOLLAR UCUZLAŞDI

2016-08-31 11:07:00

Dünya valyuta birjalarında son 2 gündür dolların bahalaşması, bunun fonunda isə digər valyutaların ucuzlaşması davam edir. Lakin qiymətlərin dalğalanmaları güclü deyil və bu gün Asiya sessiyasında dolların yenidən ucuzlaşdığının şahidi oluruq.

Eyni zamanda, bu gün maliyyə bazarlarında güclü hərəkətliliyə səbəb ola biləcək önəmli fundamental xəbərlər açıqlanacaq. Bunlar Bakı vaxtı ilə saat 11:55-də, 13:00-da, 16:15 və 16:30-da müvafiq olaraq yayımlanacaq Almaniyanın işsizlik səviyyəsində dəyişiklik, Avrozonada inflyasiya səviyyəsi, Amerikada ADP tərəfindən qeyri-kənd təsərrüfatında işləyənlərin sayında dəyişiklik və Kanadanın 2-ci rüb üzrə iqtisadi inkişafı ilə bağlı göstəricilərdir.

Avro/dollar cütlüyü çərşənbə axşamı 1.1131$-a kimi ucuzlaşdıqdan sonra bu gün Asiya sessiyasında qismən bahalaşıb. Qiymət 1.1131$-ın üzərində möhkəmləndikcə, 1.1220$-a kimi bahalaşa bilər. Funt sterlinqin qiyməti isə son 3 gündür 1.31$ ətrafında ticarət olunur və bu gün 1.32$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Lakin bahalaşma korrektiv qiymətləndirilir və qiymət yenidən 1.29$-a kimi ucuzlaşa bilər.

Əmtəə birjalarında isə qızılın bir unsiya üzrə qiyməti təqribən son 2 ayın minimum səviyyəsini yeniləyib. Hal-hazırda 1314$ ətrafında ticarət olunan qızılın qiyməti 1285$-a kimi ucuzlaşa bilər.

Mənbə: Invest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272