DÜNYA

BREXIT-in gələcək planı müzakirə olunur – NAZİRLƏR KABİNETİ TOPLAŞIR
31 AVQUST
170

BREXIT-in gələcək planı müzakirə olunur – NAZİRLƏR KABİNETİ TOPLAŞIR

2016-08-31 11:04:00

Böyük Britaniyanın baş naziri Teresa May yay tətilindən sonra ilk dəfə olaraq BREXIT-in gələcək planını müzakirə etmək üçün bu gün kabineti ilə toplanacaq. Hökümət dairələrinin məlumatlarına görə, Çekers (Chequers) hökümət evində BREXIT mövzusu ən birinci müzakirə olunacaqlar arasındadır.

Mətbuata istinadən, hələ də hökümət daxilində Böyük Britaniyanın işə götürmə ilə bağlı qaydaları sərtləşdirmək üçün Avropa Birliyinin (AB) daxili bazarından çıxması ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bununla bağlı BREXIT naziri David Davisin və ticarət naziri Liam Foksun açıqlamaları gözlənilir. AB-immiqrasiyası referendum seçkilərində önəmli rol oynayırdı.

"Sunday Times"-in yazdığı məlumatlara görə, maliyyə naziri Filip Hammond AB-nin daxili bazarına çıxışı saxlamaq istəyir və bunun üçün hətta AB vətəndaşlarının Böyük Britaniyaya miqrasiyasında da güzəştlərə getməyi müdafiə edir: "Maliyyə sektorunda xidmət bizim üçün prioritet təşkil edir, Almaniya üçün isə avtomobil sənayesi". 

AB-nin siyasətçiləri isə bildirirlər ki, Böyük Britaniya AB-nin daxili bazarında qalmaq istəyirsə, iş götürmə ilə bağlı hər hansı məhdudiyyətləri qəbul etməyəcəklər. Belə ki, CDU siyasətçisi Qunter Krişbaum Almaniyanın "Deutschen Presse-Agentur" agentliyinə bildirib ki, bu mövzuda mövqeylərində dəmir kimi möhkəm qalacaqlar. Bundan başqa isə Almaniya höküməti ilə heçnə razılaşdırılmayacaq.

Mənbə: Invest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272