DÜNYA

Rusiyada uçot dərəcəsinin 2% azaldılması təklif olunur
30 AVQUST
299

Rusiyada uçot dərəcəsinin 2% azaldılması təklif olunur

2016-08-30 14:28:00

Rusiya Dövlət Dumasının bir qrup üzvü uçot dərəcəsinin 2% azaldılmasını təklif edir. Bu məqsədlə Dumanın İqtisadi siyasət, innovasiyalı inkişaf və sahibkarlıq Komitəsinin sədr müavini Mixail Yemelyanov Rusiya Mərkəzi Bankına (RMB) müraciət edəcək.

Xatırladaq ki, sentyabrın 16-da RMB-nin Direktorlar Şurasının iclası keçirilməlidir. Qurumun mütəxəssisləri hesab edirlər ki, bu iclasda uçot dərəcəsinin maksumum 0,5 faiz bəndi azaldılması (10%-ə salınması) barədə qərar qəbul oluna bilər. Birdən-birə 2%-lik azalma isə real deyil.

Uçot dərəcəsi ilə bağlı RMB-nin sədri Elvira Nabiulinaya ünvanlanmış məktubda qeyd olunur ki, onun rəhbərlik etdiyi qurumun yürütdüyü siyasət nəticəsində real sektorda fəaliyyət göstərən şirkətlər inkişaf etmək üçün vəsait cəlb edə bilmir. Halbuki, iqtisadiyyatın ucuz kredit resurslarına ehtiyacı var.

Dumanın İqtisadi siyasət Komitəsinin sədri Anatoli Aksakovun sözlərinə görə, uçot dərəcəsinin azaldılması ölkədə ciddi qiymət artımına səbəb olmayacaq: "Rusiyada illik inflyasiya 7%-i keçməyəcək. Mərkəzi Bank faktiki olaraq maliyyə bazarına nəzarət edir və son nəticədə rublun məzənnəsi nəinki sabitləşib, hətta dünya bazarında neftin qiymətindən asılı olmayaraq möhkəmlənməkdədir. Odur ki, uçot dərəcəsini bir qədər də azaltmaq, ilin sonuna qədər 8%-ə salmaq olar". 

Mənbə: Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272