DÜNYA

Romanın zibilliklərini məhbuslar təmizləyəcək
29 AVQUST
218

Romanın zibilliklərini məhbuslar təmizləyəcək

2016-08-29 14:38:00

Hər il 40 milyondan artıq turistin səyahət etdiyi İtaliya paytaxtında “zibil böhranı”nı həll etmək üçün şəhər meriyası yeni üsuldan istifadəyə hazırlaşır. Roma rəhbərliyi sakinlər və turistlər tərəfindən atılmış tullantıları toplamaq üçün məhbusları səfərbər edəcək.

İtaliyanın The Local qəzetinin məlumatına görə, şəhər merinin müavini Daniel Fronjio bəyan edib ki, Romanı zibildən təmizləmək üçün hər kəs, hətta indi küçələrə çıxmaq azadlığından məhrum olanlar belə əlindən gələni etməlidir. Dustaqların əməyindən istifadə etməklə isə rəhbərlik təmizləmə işlərinə əlavə vəsait xərcləməyəcək. Merin müavini deyib ki, büdcədən pul ayrılmayacaq: “Bahalı layihələr erası artıq bitib”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275