DÜNYA

Almanların yarısı Merkelin yenidən seçilməsini istəmirlər
29 AVQUST
294

Almanların yarısı Merkelin yenidən seçilməsini istəmirlər

2016-08-29 14:10:00

Müşahidəçilər kanslerin düşməkdə olan etibarını onun miqrantlara qarşı reallaşdırdığı “Açıq qapılar” siyasəti ilə əlaqələndirirlər.

Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə 50% Almaniya vətəndaşları gələn ilki seçkilərdə Angela Merkelin yenidən AFR-in kansleri vəzifəsində qalmasını istəmirlər.

Bazar günü nəticələri dərc olunmuş sorğunu Almaniyanın nüfuzlu “Bild” qəzeti 501 respondent arasında keçirib. Nəticələrə görə respondentlərin yarısı Merkelin hakimiyyətdə qalmasını istəmir, 42% isə onun yenidən hökumətə rəhbərlik etməsini istəyir.

Keçən ilin noyabrında bu rəqəmlər 48% və 45% təşkil edib.

Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə şöbəsinin bir müddət öncə verdiyi məlumata əsasən ölkə bu il Yaxın Şərq və Şimali Afikadan 300 min miqrant qəbul edəcək.

Mənbə: İnterfax

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272