DÜNYA

ABŞ sahibkar vizası üçün şərtləri –YENİLƏDİ
29 AVQUST
345

ABŞ sahibkar vizası üçün şərtləri –YENİLƏDİ

2016-08-29 11:00:00
Dünya iqtisadiyyatının lideri olan ABŞ ölkəyə xarici sərmayədarları cəlb etmək məqsədilə yeni addımlar atır. "Ölkələrarası Sahibkarlığın Tənzimlənməsi" adı verilən yeni təklif, immiqrant sahibkarların ABŞ-a sərmayə yatırması üçün iki mərhələli müraciət formasına icazə verir.
 
İlk mərhələdə sahibkara iki illik icazə verilir. Bunun üçün müraciət edən sahibkar ABŞ-da qurduğu şirkətin ən azı yüzdə 50-sinə sahib olmalı və Amerikalı sərmayəçilərdən minimum 345 min dollar və ya dövlətə bağlı fondlardan ən az 100 min dollar investisiya götürməlidir.
 
İkinci mərhələdə isə sahibkarlar əlavə üç il əldə edirlər. Bu viza üçün sahibkar ABŞ-dakı işlərini davam etdirməli və qurduqları şirkətin ən azı yüzdə 10 hissəsinə hələ sahib olmalıdır. Buna əlavə olaraq sahibkarların Amerikalı sərmayəçilərdən ən az 500 min dollar investisiya almış olması,  qurduqları biznesin illik 20% böyüməsi nəticəsində 500 min dollar gəliri təmin etməsi də şərtdir. Sahibkarlar üçün digər bir tələb budur ki, keçən beş il ərzində ən azı 10 adamı tam məşğulluqla təmin etməlidir. 
Tənzimləmə ABŞ-da yeni iş quracaq sahibkarların beş il ərzində işlərini qurmalarını asanlaşdırır. Bundan sonra iş adanı ABŞ-da daimi çalışmaq üçün EB-2 vizasını ala bilər. 
Qeyd edək ki, yeni tənzimləmə qərarı artıq rəsmən nəşr olunub. National Foundation for American Policy tərəfindən hazırlanan hesabata görə, ABŞ-da  1 milyard dollardan çox dəyərləndirilən sahibkarlıq təşəbbüslərinin yarısı immiqrant sahibkarlar tərəfindən qurulub. Yeni tənzimləmə ABŞ-da iş quraraq məşğulluq yaradan və ümumi iqtisadiyyatda əməyi olan sahibkarların ölkənin ictimai və iqtisadi fayda verən fəaliyyətini dəstəkləmək məqsədi daşıyır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272