DÜNYA

Ticarət əməliyyatlarında dollardan imtina olundu
26 AVQUST
910

Ticarət əməliyyatlarında dollardan imtina olundu

2016-08-26 14:45:00

İran və Cənubi Koreya 29 Avqustdan etibarən avro vasitəsilə ticarət aparacaqlar.

İran rəsmi agentliyi IRNA-nın xəbərinə görə, İran Xarici İşlər Nazirliyi Beynəlxalq Təhlükəsizlik və Siyasi Məsələlər Baş direktoru Hamid Baidinejad, Tehran və Seul arasında ticarətdə Cənubi Koreyanın pul vahidi won-un avroya çevrilməsinin qarşısındakı əngəllərin qaldırıldığını bildirib.

Baidinejad, bunun nüvə müqaviləsi çərçivəsində və Amerika Birləşmiş Ştatlarının (ABŞ) razılığı baş verdiyini vurğulayaraq "Bu qərara görə, iki ölkə ticarəti dollar istifadə edilmədən yalnız avro ilə keçiriləcək" deyə bildirib.

Nüvə müqaviləsi çərçivəsində İran və Cənubi Koreya arasındakı ticarətdə problemləri həll etmək məqsədilə İranın təzyiqi ilə Seul və Vaşinqton rəsmilərinin müzakirələr apardığını bildirən Baidinejad, "Cənubi Koreya, ABŞ-ın razılığı ilə dolların vasitəçiliyi olmadan won-u avroya çevrilməsi yolunda texniki bir həll təmin etdi" deyib.

Baidinejad, "Bununla yanaşı digər valyutaların da avroya çevrilməsi prosesindəki maneələrin tamamilə qaldırılmasının qarşısı açılıb" ifadələrini istifadə edib.

Cənubi Koreyanın iqtisadiyyat naziri də İran və Cənubi Koreyanın avro ilə ticarətə başlayacaqlarını açıqlayıb.

İran və Cənubi Koreya arasında 2011-ci ildə 17 milyard dollar olan ticarət dövriyyəsi, 2012-ci İrana tətbiq edilən sanksiya səbəbindən azalmışdı. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 6,1 milyard dollar səviyyəsində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274