DÜNYA

İrana yeni sanksiyalar tətbiq olunacaq
26 AVQUST
378

İrana yeni sanksiyalar tətbiq olunacaq

2016-08-26 14:43:00

ABŞ İrana qarşı yeni sanksiyalar qəbul edə bilər. Buna səbəb Tehranın Yəmən üsyançılarına raket verməsidir.

Məsələyə şərh verən  ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo sanksiyaların nə vaxt və hansı formada tətbiq olunacağı haqda ətraflı məlumat verməsə də, hazırda bunun müzakirə mövzusu olduğunu açıqlayıb.
 
Xatırladaq ki, daha öncə ABŞ dövlət katibi Con Kerri Yəməndə istifadə olunan raketlərin İran istehsalı olduğunu açıqlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272