DÜNYA

BNP Paribas dolların bahalaşacağını proqnoz verir
26 AVQUST
402

BNP Paribas dolların bahalaşacağını proqnoz verir

2016-08-26 12:20:00

Avropa lideri maliyyə konqlomeratı, dünyanın ən güclü banklarından biri BNP Paribas (Fransa) ABŞ Mərkəzi Bankı Janet Yelleninin bu gün axşam Jackson Hole-dakı çıxışından sonra dolların bahalaşacağını gözləyir.

BNP Paribas-ın analitikləri, Fed Sədri Janet Yellenin uzun zamandır gözlənilən Jackson Hole simpoziumunda gözlənilən çıxışının bazar üzərində "əhəmiyyətli" təsiri olacağını gözləyirlər.

Bank analitiklərinin yazdığı məlumatda, Yellenin çıxışından sonra dolların yüksələcəyi bildirilib. Məlumatda, ABŞ Dollarının aşağı nominal faiz və mənfi real faizlər səbəbindən aşağı istiqamətli təzyiq altında olduğu ifadə edilib.

BNP iqtisadçıları, Yellenin, bazarları Sentyabr ayında faiz artırmına hazırlayacağını düşünür. BNP-yə görə, Yellen, çıxışında yaxşılaşan məşğulluq göstəricisini və yaxın bir zamanda gediləcək siyasət dəyişikliyini vurğulayacaq.

BNP dollarda ifadə olunmuş törəmə məhsullar ilə yuxarı istiqamətli pozisiya almış vəziyyətdədir. BNP-nin dollarda yüksəliş gözləntisinə görə, mövqe aldığı məzənnələr, dollar/Yen, Avstraliya Dolları/ABŞ Dolları, Avro/dollar şəklindədir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275