DÜNYA

İnvestorlar FED sədrinin çıxışını gözləyirlər
25 AVQUST
450

İnvestorlar FED sədrinin çıxışını gözləyirlər

2016-08-25 09:56:00

İnvestorlar ehtiyatlı davranaraq, dünya iqtisadiyyatı ilə bağlı açıqlamaları gözləyirlər və beləliklə dünya birjalarında ticarət aktivliyi azalır.

Avronun dollara nisbətən qiyməti çərşənbə günü 1.1244$-a kimi ucuzlaşıb, funt sterlinqin qiyməti 1.3272$-a kimi və ABŞ dollarının Türk lirəsinə nisbətən qiyməti isə 2.96 TL-ə kimi bahalaşıb.

Lakin ümumilikdə cari həftə ərzində dünya maliyyə bazarlarında güclü hərəkətlilik müşahidə edilmir və bu gün də ticarət aktivliyi zəif ola bilər. Buna səbəb bu gün Amerikanın Vyominq şəhərində, "Jackson Hole"-da dünya mərkəzi bank üzvlərinin və siyasətçilərinin toplanmasıdır. Toplantı sabaha kimi davam edəcək və toplantının sonunda, yəni cümə günü Bakı vaxtı ilə saat 18:00-da FED sədri Janet Yellenin çıxışı gözlənilir.

Mənbə:İnvest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272