DÜNYA

İran Rusiyadan 5 milyard dollarlıq kredit alacaq
24 AVQUST
237

İran Rusiyadan 5 milyard dollarlıq kredit alacaq

2016-08-24 12:43:00

İran parlamenti hökumətə Rusiyadan 5 milyard dollar kredit almağa icazə verib. 

Deputatlar parlamentin bu gün keçirilən iclasında müvafiq sənədi ratifikasiya ediblər. 

Rusiyadan alınacaq vəsait infrastruktur layihələrinə yönələcək.  Söhbət nüvə enerjisi, dəmir yolu, maqistral yollar, bəndlər, suvarma sistemləri və s. layihələrdən gedir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin noyabr ayında Tehrana səfər edib. Səfər zamanı Rusiyanın İrana 5 milyard dollar kredit ayırmasına dair sənəd imzalanıb.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271