DÜNYA

Rusiyada avro bahalaşdı
23 AVQUST
248

Rusiyada avro bahalaşdı

2016-08-23 15:27:00

Rusiya Mərkəzi Bankı avronun  avqustun 24-nə olan məzənnəsini 73,47 rubl səviyyəsində təsdiqləyib. Avro rubla nisbətdə 1,02 rubl bahalaşıb. Dollar isə 56 qəpik bahalaşıb. Nəticədə bir dollar 64,77 rubl təşkil edib.

Fins.az xəbər verir ki, Moskva birjasında Avropa valyutası 73,36 rubldan, dollar isə 64,74 rubldan  əməliyyat görür.

Eyni zamanda Brent markalı neftin bareli 48,72  dollar olub. Neft 1 faiz ucuzlaşıb.

Yeri gəlmişkən analitiklər düşünür ki,  2016-cı ildə dolların orta qiyməti 67-67,9 rubl, 2017-ci ildə 60,2 rubl, 2018-ci ildə 55,3 rubl, 2019-cu ildə 53,5 rubl, 2020-ci ildə 52,8 rubl təşkil edəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270