DÜNYA

“Brexit”lə bağlı anlaşılmazlıqlar çoxdur
22 AVQUST
212

“Brexit”lə bağlı anlaşılmazlıqlar çoxdur

2016-08-22 16:58:00

Bu gün AFR kansleri Angela Merkel, İtaliyanın Baş naziri Matteo Rentsi və Fransa Prezidenti Fransua Olland görüşəcəklər ki, “Brexit”in necə keçiriləcəyinin mümkün yollarını müzakirə etsinlər. Sentyabrın 15-də isə Bratislavada Aİ sammiti keçiriləcək. Slovakiyanın sədrliyi ilə Avropa İttifaqının bütün üzv ölkələri – Böyük Britaniya istisna olmaqla - bu diskussiyada iştirak edəcək.

Britaniya mətbuatının məlumatına görə, ölkənin yeni Baş naziri Tereza Mey Böyük Britaniyanın Aİ-dən çıxması barədə rəsmi ərizə verməzdən əvvəl düz 2017-ci ilin oktyabr ayınadək gözləyə bilər. Bundan sonra prosesin konkret təfərrüatı və şərtləri barədə danışıqlar ən çoxu iki il – 2019-cu ilin sonunadək davam edə bilər. “Brexit”in əslində nə vaxt olacağı və keçid dövrü üçün hansı müddətin qoyulacağı məsələləri hazırda qətiyyən aydın deyil.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272