DÜNYA

Rusiyada daha bir bank bağlandı – SƏBƏBLƏR
22 AVQUST
206

Rusiyada daha bir bank bağlandı – SƏBƏBLƏR

2016-08-22 10:52:00

Devalvasiya dalğasından sonra Rusiyada da bankların vəziyyəti gərgindir. Başlanan bankların siyahısına isə “RUBank” da əlavə olundu. Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı “RUBank”ın lisenziyasını ləvğ etdiyini açıqlayıb.

Məlumata görə, “RUBank” əmanətlərin sığortalanması sisteminin üzvüdür. RİA reytinqin nəticələrinə əsasən, aktivlərin həcmi baxımından 1 avqust 2016-cı il üçün Rusiyanın bank sistemində 462-ci yeri tuturdu.

Qərarda lisenziyanın ləğvi ilə bağlı əsas kimi bankın federal qanunlara əməl etməməsi və nizamnamə kapitalının minimumdan aşağı səviyyədə olması göstərilir. 

Qeyd edək ki, bundan bir az öncə Mərkəzi Bank “ГРиС-банк”ın lisenziyasını da geri çağırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272