DÜNYA

Türkiyə öz hərbi bazalarını Rusiyanın istifadəsinə verə bilər
19 AVQUST
317

Türkiyə öz hərbi bazalarını Rusiyanın istifadəsinə verə bilər

2016-08-19 17:31:00

Türkiyə öz ərazisindəki hərbi bazaları Rusiyanın istifadəsinə verə bilər. Bu barədə generallarından biri Haldun Solmaztürk bəyanat verib. Bu bazalar qismində Solmaztürk Türkiyənin şərqində  olan Muş və Bitlis  vilayətlərinin adını çəkib. 

İstefada olan general həmçinin qeyd edib ki, Türkiyə ərazisində olan  "İncirlik" ABŞ Hərbi Hava Qüvvələrinin bazası deyil. "İncirlik" - Türkiyə və ABŞ ilə  birlikdə yaradılmış Hərbi Hava Qüvvələrinin bazasıdır. 

Hətta əgər Türkiyə "İncirlik" Hərbi Hava Qüvvələrinin Rusiyanın istifadəsinə verilməsinə razılıq versə də, ABŞ buna etiraz edəcək, deyə general bildirib. 

Rusiyanın Türkiyəyə məxsus havadan müdafiə sistemindən istifadə etmək  imkanları barədə danışan Solmaztürk qeyd edib ki, Türkiyənin HHM sistemi NATO standartlarına uyğunlaşdırılıb və  Rusiya bu sistemlərdən  istifadə etdikdə  texniki problemlərlə üzləşə bilər.

Əvvəllər Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin üzvü  olan İqor Morozov isə deyib ki, Türkiyə "İncirlik" bazasını antiterror əməliyyatı üçün Rusiya hərbi qüvvələrinə verə bilər. 

Fakt deyil ki, Rusiya "İncirli" yə  ehtiyacı var, amma sözdə yox, real olaraq Türkiyə və Rusiyanın Suriyadakı terrorizmə qarşı mübarizədə  əməkdaşlıq etməsi lazımdır", Ozerov deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272